"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

“Merlər iqtisadi inkişaf naminə” təşəbbüsünə qoşulan Kəpəz bələdiyyəsinin hazırladığı iqtisadi inkişaf Planı Dünya Bankı tərəfindən müsbət qiymətləndirilib

--2019-07-05 / 18:30

Avropa ittifaqının “Merlər iqtisadi inkişaf naminə” təşəbbüsünə qoşulan Gəncə şəhər Kəpəz bələdiyyəsinin hazırladığı 2019-2020-ci illər üzrə Yerli iqtisadi inkişaf Planı Dünya Bankı tərəfindən müsbət qiymətləndirilmişdir.

Bələdiyyənin Yerli iqtisadi inkişaf Planında kiçik və orta sahibkarlığa dəstək, Gəncə-Qazax iqtisadi regionunda turizmin və kənd təsərrüfatının inkişafına dəstək verilməsi bələdiyyənin əsas məqsədləri kimi müəyyənləşdirilmişdir.
Beynəlxalq əməkdaşlıq sahəsində 2018-ci ilin noyabrın 22-23 tarixində Ukraynanın Kiyev şəhərində Avropa ittifaqının dəstəyi ilə təşkil edilmiş “Bələdiyyələr davamlı inkişaf naminə” mövzusunda şərq Tərəfdaşlığı ölkələrinin nümayəndələrinin Yüksək səviyyəli konfransında Kəpəz bələdiyyəsi sədrinin müavini Elşad Məmmədov iştirak edərək bələdiyyənin iqtisadi inkişaf Planı çərçivəsində yaradılacaq “Aqroturizm dəyər zənciri” planlama alətini təqdim etmiş, həmçinin turizm və kənd təsərrüfatı sahələrində tərəfdaşlığın qurulması üçün işçi qruplarına üzv seçilmişdir.
əməkdaşlığın davamı olaraq, 2019-cu il iyunun 13-14 tarixində Gürcüstan Respublikasının Bolnisi şəhərində “Yerli hakimiyyətlər kəndlərdə və kənd təsərrüfatında yeni iqtisadi imkanlar naminə” mövzusunda keçirilmiş Beynəlxalq Forumuna Kəpəz bələdiyyəsi də dəvət olunmuşdur.
Forumda Gürcüstanın mərkəzi və yerli hakimiyyət orqanlarının, Ai şərq Tərəfdaşlığı ölkələrindən olan yerli özünüidarəetmə orqanlarının, “Merlər iqtisadi inkişaf naminə” Katibliyinin, biznes dairələrinin və vətəndaş cəmiyyətlərinin 100-dən çox nümayəndəsi iştirak etmişdir.
Forum 3 hissəyə bölünmüşdür:
1) “Yerli hakimiyyətlər – kənd təsərrüfatının və kəndlərin inkişafında fəal vasitəçidirlər”, “Yerli məhsullarının təşviqi və yeni bazarlara çıxışı”, “Kənd təsərrüfatının inkişafında tərəfdaşlığın və şəbəkələrin rolu” və “Aqrobiznesin inkişafı üçün yeni imkanlar” sessiyalarından ibarət konfrans;
2) Eliya dağlarında üzüm bağlarının salınması mərasimi;
3) Bolnisinin şərab və kənd təsərrüfatı məhsullarının sərgisi.
Forumda iştirak edən Kəpəz bələdiyyəsi sədrinin müavini Elşad Məmmədov konfransın 1-ci sessiyasında çıxış edərək bələdiyyənin Yerli iqtisadi inkişaf Planı çərçivəsində planlaşdırılan “Elektron kənd təsərrüfatı platforması” layihəsini konfrans iştirakçılarına təqdim etmişdir.
Forumda həmçinin “Merlər iqtisadi inkişaf naminə” təşəbbüsünün dəstəyi ilə hazırlanmış Kəpəz bələdiyyəsinin 2019-2020-ci illər üçün Yerli iqtisadi inkişaf Planının Dünya Bankı tərəfindən müsbət qiymətləndirilməsi elan olunmuş və bu barədə rəsmi sertifikat Katiblik tərəfindən E.Məmmədova təqdim edilmişdir.
şərq tərəfdaşlığı ölkələrinin 200-dən çox bələdiyyəsinin qoşulduğu “Merlər iqtisadi inkişaf naminə” təşəbbüsünün Katibliyinə üzv olması və Yerli iqtisadi inkişaf Planının Dünya Bankı tərəfindən müsbət qiymətləndirilməsi Kəpəz bələdiyyəsi üçün yerli iqtisadi inkişaf və yeni iş yerlərinin yaradılmasına yönəlmiş layihələrin Avropa ittifaqı tərəfindən maliyyələşdirilməsinə geniş imkanlar açır.
Qeyd etmək lazımdır ki, Gəncə şəhərinin Kəpəz bələdiyyəsi ölkəmizdə Dünya Bankı tərəfindən müsbət qiymətləndirilmiş və Avropva ittifaqının standartlarına uyğun Yerli iqtisadi inkişaf Planı olan yeganə bələdiyyədir və bu Plan Gəncə şəhərinin 2019-2023-cü illərdə Sosial-iqtisadi inkişaf Planına inteqrasiya olunmuşdur.

Gəncə şəhər Kəpəz bələdiyyəsi

ŞƏRHLƏR